Tanınmış gitara ifaçısı Rafiq Hüseynovun müalicəsi xəstəxanamızda davam etdirilir

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. O, yanvar ayının 28-də Heydər Əliyev fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdir. Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olmuşdur. Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilmişdir. Intensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşmiş, huşunda aydınlaşmışma müşahidə olunmuşdur. Hal hazırda müalicəsi davam etdirilməsinə baxmayaraq vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir.

Diqər xəbərlər